Dünya 11:05 26.11.2022

Dünyanın ən uca və alçaqboylu liderləri (SİYAHI)

Sorğulara görə seçicilər daha yüksək boylu siyasətçilərə üstünlük verir və onları liderliyə daha uyğun hesab edirlər.

Qaynarinfo Ölke.az-a istinadən xəbər verir ki,  "İnsider” saytı dünyanın ən hündür və ən alçaq boylu liderlərinin adlarını və boy ölçülərini açıqlayıb.

Siyahını təqdim edirik:

İrlandiya prezidenti Maykl D. Higgins - 160 sm

Şotlandiyanın birinci naziri Nikola Sturgeon - 163 sm

Şimali Koreya lideri Kim Çen In – 163 sm-dən 170 sm-ə qədər.Tez-tez Şimali Koreya liderinin boyu 170 sm olduğu bildirilir, lakin bu məlumatın haradan gəldiyi bəlli deyil. Mütəxəssislər hesab edir ki, Kim tez-tez onu hündür göstərən ayaqqabılar geyinir.

Böyük Britaniyanın baş naziri Rişi Sunak - 170 sm.

Sunak Asiya əsilli ilk Britaniya baş naziri və eyni zamanda ən gənc baş nazirdir.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern - 170 sm

Rusiya prezidenti Vladimir Putin - 170 sm

Fransa prezidenti Emmanuel Makron - 173 sm

Macarıstanın baş naziri Viktor Orban - 173 sm

Çin prezidenti Xi Jinping - 175 sm.BBC-nin məlumatına görə, Çin lideri Si Cinpin Maodan sonra ən hündür Çin lideri hesab olunur.

ABŞ prezidenti Co Bayden - 182 sm

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - 183 sm

Kanadanın Baş naziri Castin Trüdo - 188 sm

Serbiya prezidenti Aleksandar Vuçiç 198 sm-dir ki.

Beləliklə dünyanın ən alçaqboylu lideri İrlandiya prezidenti Maykl D. Higgins - 160 sm,  ən uca boylu lideri isə Serbiya prezidenti Aleksandr Vuçiçdir.