
Dünyanın ən uzun körpüsü ünvanına sahib olan Avropa körpüsü İsveçrənin Sermatt şəhərində açılıb.
"Qaynarinfo"nun məlumatına görə, 85 metr yüksəklikdə qurulan körpünün uzunluğu 500 metrdir. Sözügedən körpü daha öncə də həmin yerdə olan və qaya uçması nəticəsində dağılan körpünün yerində inşa edilib. Güclü küləyə qarşı yeni sistemlə qurulan körpünün polad kənarlıqlarının çəkisi 8 ton ağırlığındadır.
Qeyd edək ki, sözügedən körpü dünyanın ən uzun körpüsü olsa da ən yüksəkdə yerləşmə ünvanına sahib deyil. Belə ki, dünyanın ən hündürdə yerləşən körpüsü Avstriyanın Roytte şəhərindədir və 405 metr uzunluğunda olan körpü 110 metr yüksəklikdə yerləşir.
Qaynarinfo.Az




