Dünyada ümumilikdə mövcud olan sürətli dəmir yolu şəbəkəsinin 60 faizi Çindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosunun məlumatında bildirilir.
Hazırda ölkədə sürətli dəmir yolu xəttinin uzunluğu təxminən 25 min kilometrə çatır. Ümumi dəmir yolunun uzunluğu isə 127 min kilometrdir.
Çin ərazisində avtomobil yollarının uzunluğu 4,77 milyon kilometrdir. Bunun 136 min kilometri avtomagistraldır.