LVMH Moët Hennessy-Louis Vuitton-un qurucusu, dünyanın ən varlı adamı Bernard Arnault səhmlərinin çökməsi səbəbindən bir gündə 11,2 milyard dollar sərvətini itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat
yayıb.
.
LVMH səhmləri zəifləyən ABŞ iqtisadiyyatının dəbdəbəli mallara tələbi azaldacağı qorxusu ilə 5% ucuzlaşıb.
Bloomberg-in milyarderlər indeksinə görə, fransalı milyarderin sərvəti 191 milyard dollardan çoxdur, həmin məbləğin 30 milyardı bu il qazanılıb.
Arno ilə dünyanın ikinci ən varlı adamı olan Tesla Inc-in sahibi İlon Maskın sərvətləri arasındakı fərq 11,4 milyard dollara qədər azalıb.
Nizami Bağırov