Xəbər lenti

Dünyanın ən varlı adamı seçildi
Dünya14:47 03.03.2014

Dünyanın ən varlı adamı seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts yenidən dünyanın ən varlı adamı seçilib. 

Teleqraf.com-un məlumatına görə, "Forbes" jurnalının illik reytinqinə əsasən B.Qeytsin sərvəti 76 milyard dollardır.

Amerikalı milyarder liderlikdən 4 il əvvəl məhrum olmuşdu. "Forbes" ötən ilin ən varlı adamının meksikalı media-maqnat Karlos Slim olduğunu açıqlamışdı.

Lakin cari ilin reytinqində meksikalı 72 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb.

İlk üçlüyü isə "Inditex" şirkətinin əsas sahibi ispaniyalı Amansio Orteqa tamamlayır. Onun var-dövləti 64 milyard dollara bərabərdir.

Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, milyarder Uorren Baffet (58,2 milyard dollar) və "Oracle"ın qurucusu və baş direktoru Larri Ellison (48 milyard dollar) tuturlar.

Qaynar.info