"Amazon"un sahibi Ceff Bezos və həyat yoldaşı Makkenzi Bezos boşanacaqlarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 54 yaşlı Ceff və 48 yaşlı Makkenzi cütlüyü bu barədə "Twitter"də ortaq açıqlama paylaşıb. 4 uşaq sahibi olan 25 illik cütlük bundan sonra dost qalacaqlarını bildirib.
Qeyd edək ki, Forbesə görə, Ceff Bezos 160 milyard dollar sərvətlə dünyanın ən varlı şəxsidir.
Gülşən