Xəbər lenti

Dünyanın ən varlı qadınları - Siyahı
Dünya08:56 02.03.2016

Dünyanın ən varlı qadınları - Siyahı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Forbes jurnalı dünyanın ən varlı qadınlarının siyahısını dərc edib. 

AzNews.az jurnalın rəsmi saytına istinadən xəbər verir ki, bu ilki siyahıda Forbes mütəxəssisləri varlı qadınların sayını 197-dən 190-a kimi azaldıblar. Nəşriyatın məlumatına görə, ötən ilki siyahıda yer alan milyarder qadınlardan 6-sı vəfat edib, 31-nin var-dövləti isə 1 milyard dollardan aşağı düşüb. 

Yeni siyahıya 36 milyard dollar var-dövlətlə “Loreal” şirkətinin sahibəsi Lilian Bettankur başçılıq edir. Reytinq üzrə ikinci yerdə “Wal-Mart Stores” şirkətinin varisi Elis Uolton qərarlaşıb. Onun var-dövləti 32 milyard dollardır. Siyahıda ilk üçlüyü “Mars” şirkətinin varisi Jaklin Mars 23,5 milyard dollarlıq sərvətilə tamamlayır. 

Forbesin yeni siyahısında 4-cü yerdə 22,1 milyard dollar var-dövlətin sahibəsi olan Mariya Franka Fisola (“Ferrero” şokolad biznesinin varisi) qərarlaşıb. 5-ci pillənin sahibi alman Suzanna Klatten olub. 18,5 milyard dollar var-dövlətə malik olan qadın uzun zaman ərzində anasından gizlin yolla BMW səhmlərini qəbul edib. 

Reytinqdə 6-cı yeri “Apple”ın yaradıcısı Stiv Cobsun həyat yoldaşı Louren Pouell Cobs tutub. Onun var-dövləti 16,7 milyard dollar dəyərində qiymətləndirilir. Siyahıda 7-ci yerdə isə 13,1 milyard dollar sərvətə malik amerikan işqadını Ebiqeyl Conson qərarlaşıb. 

Qaynar.info