
Buna səbəb isə, şirkətin internet brauzerlərin tədbiqində istifadəçilərə seçim imkanı tanımaması olub
Avropa Birliyi "Microsoft" şirkətini 733 milyon dollar məbləğində cərimə edib. Buna səbəb isə, şirkətin internet brauzerlərin tədbiqində istifadəçilərə seçim imkanı tanımaması olub. Bu isə qanunla marketin rəqabət prinsiplərinə ziddir. Avropa Rəqabət Komissiyasının sədri Xoakin Almunia məsələ ilə bağlı çıxışında Maykrasoft şirkətinə qarşı qəbul olunan qərarların tam ədalətli olduğunu və hətta rəhbərliyə müəyyən güzəştlər edildiyini bildirib.
"Bu cür qanun pozuntuları çox ciddi məsələlərdir Avropa Rəqabət Komissiyası şirkətə qarşı tədbiq edilən sanksiyalara düzəliş edib. Əslində, biz qanun pozuntuları həyata keçirildiyi müddətdə əldə olunan gəlirin 20 faizini cərimə etməyi nəzərdə tuturduq. Bu mənada şirkətə güzəşt olundu", - deyə Almunia sözlərini ifadə edib.
Xatırladaq ki, 2009-cu ildə "Microsoft" rəhbərliyi analoji ittihamlarla 860 milyon avro məbləğində cərimə olunmuşdu. 2011-ci ilin May ayından etibarən isə şirkət komissiyaya verdiyi vədləri yenidən pozmağa başlayıb.
Onu da qeyd edək ki, Maykrasoft şirkəti 1998-ci ildən indiyə qədər, müxtəlif qanun pozuntularına görə, ümumilikdə, 2.86 milyard dollar məbləğində cərimə ödəyib. Hazırda isə, Maykrasoftun əməliyyat sisteminə daxil olan "İnternet İksplorer" brauzeri marketin 56 faizini təşkil edir. "Mozilla Firefox" isə 20 faizlə ən çox istifadə olunan ikinci brauzerdir. Üçüncü yerdə isə, 17 faizlə "Google Xrom" gəlir.
Qaynar.info