
Papua Yeni Qvineyadakı bir qəbilə ölülərinə hörməti onları tüstüdə qurudub. sonra duzalayaraq kəndlərində başları üzərindən asaraq saxlamaq kimi başa düşürlər
Qaynar.info-nun verdiyi xəbərə görə, qəbilə adamları ölülərini eynən balıq kimi qurudub, duzlayıb saxlayırlar. Bundan öncə isə ölü bədəndəki yağı çəkib yemək yağı olaraq istifadə edirlər. Həm də o yağı ölənin sağ ailə üzvlərinin bədən və saçına sürtməklə, ölünün gücünün onlara keçdiyinə inanırlar.
Bu ənənə 1975-ci ildən etibarən qadağan olunsa da, meşə və dağlıq ərazilərdə yaşayanlar hələ də bu ənənədən əl çəkməyiblər. Xüsusuən də yolu Morobe dağlıq ərazilərinə düşən yolçular tez-tez duzlanməş cəsədlərlə rastlaşırlar. Ətləri qırmızı boyanmış cəsədlər bambukdan hazırlanmış qəfəslərdə həbs edilmiş kimi görünürlər. Bu da yad adamlara hədsiz qorxunc göründüyü üçün bu kəndlərdən uzaq gəzirlər. Amma bu cənazə ritualı heç də yadları qorxutmaq üçün edilmir. Bu ərazilərdə yaşayan Anqa tayfasının inancına görə, bu, ölülərinə göstərə biləcəkləri ən böyük hörmətdir.
Morobe dağları hətta yaşı 200 ili keçən belə cəsədlərlə doludur. Bəzi cəsədlər bəzi özəl günlərdə kəndə endirilir və bayram sonrası yerlərinə qaytarılır. Onlar inanır ki, bu cəsədlər həm də onların qoruyucularıdır.
Qaynar.info











