Xəbər lenti

Dünyanın ən xəstə 10 ölkəsi (FOTOLAR)
Dünya10:07 31.12.2017

Dünyanın ən xəstə 10 ölkəsi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Clinic Compare" şirkət dünyanın sağlamlıqla bağlı ən çox problemlərin olduğu ölkələrin siyahısını hazırlayıb. 
Qaynarinfo xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı, "CIA World Factbook" və "World Lung Association"un hesabatlarına əsasən hazırlanan siyahıda ölkələrdə ildə istifadə olunan alkaqol və tütün məmulatları, piylənmənin səviyyəsi araşdırılıb. 
Araşdırmalara dünyanın 179 ölkəsi daxil edilib. Nəticədə Okeaniya "dünyanın ən gombul bölgəsi" olub. Sağlamlıq probleminin ən çox olduğu ölkələrin siyahına Şərqi Avropa dövlətləri başçılıq edir.
1. Çexiya
Çexiya dünyanən ən xəstə ölkəsi olmaqla yanaşı, tütün istifadəsində 5-ci, alkaqol qəbulunda 11-ci yerdə qərarlaşıb. Ölkə əhalisinin 29,1 faizi piylənmədən əziyyət çəkir.
2. Rusiya
Orta hesabla hər ölkə vətəndaşı ildə 13,7 litr spritli içki içir və 2690 siqaret çəkir.
3. Sloveniya
Ölkə tütün istifadəsinə görə dünyada 6-cı yerdədi. Hər vətəndaş ildə orta hesabla 2637 siqaret çəkir.
4. Belarus
Ölkə həm tütün, həm də içki istifadəsinə görə dünyanın ikincisidir.
5. Slovakiya
Ölkə sakinlərinin 27,4 faizi piylənmədən əziyyət çəkir. Slovakiya alkaqol istifadəsinə görə 9-cu pillədə qərarlaşıb.
6. Macarıstan
Orta hesabla Macarıstanın hər vətəndaşı ildə 1774 siqaret çəkir.
7. Xorvatiya
Orta hesabla hər vətəndaş ildə 13,6 liter spirtli içki qəbul edir.
8. Polşa 
Hər ölkə sakini ildə orta hesabla ildə 1369 siqaret çəkir və 12,3 litr içki içir.
9. Lüksemburq
Vətəndaşların təxminən 25 faizi piylənmədən əziyyət çəkir.
10. ABŞ
Litva ilə eyni pillədə qərarlaşan ABŞ dünyada piylənmənin ən yüksək səviyyədə olduğu 9-cu ölkə və bu siyahının ilk "onluğ"una düşən yeganə qeyri-Avropa ölkəsidir. Yetkinlik yaşına çatmış əhalinin 35 faizi təhlükəli dərəcədə artıq çəkidən əztiyyət çəkir.
Aydın