Xəbər lenti

Dünyanın ən xoşbəxt ölkəsi açıqlandı
Dünya12:25 21.03.2021

Dünyanın ən xoşbəxt ölkəsi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Finlandiya ardıcıl olaraq dördüncü dəfə dünyanın ən xoşbəxt ölkələri reytinqinə başçılıq edir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə BMT-nin Stabil inkişaf həllərinin axtarışı üzrə bölməsinin "World Happiness Report” məruzəsində deyilir. Reytinqdə dünyanın 149 ölkəsi gözlənilən ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəricilər üzrə qiymətləndirilir.
Ən xoşbəxt 10 ölkə sırasına, həmçinin İslandiya, Danimarka, İsveçrə, Niderland, İsveç, Almaniya, Norveç, Yeni Zelandiya və Avstraliya daxil olub. ABŞ reytinqin 14-cü, Böyük Britaniya 18-ci, Fransa isə 20-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, xoşbəxt ölkələr barədə məruzə ilk dəfə 2012-ci ildə tərtib olunub.