Xəbər lenti

Dünyanın ən yaşlı adamı vəfat etdi - 146 yaşında
Dünya15:35 01.05.2017

Dünyanın ən yaşlı adamı vəfat etdi - 146 yaşında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İndoneziyada dünyanın ən yaşlı adamı 146 yaşında vəfat edib.

"Qaynar"ın Trend-ə istinadən məlumatına görə, hamının Qoto baba kimi tanıdığı Saparmen Sodimenco aprelin əvvəlində səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada bir neçə gün qaldıqdan sonra o, evə buraxılmasını tələb etmişdi.

146 yaşında vəfat etməsinə baxmayaraq, dünyanın ən yaşlı adamı adı rəsmi şəkildə ona verilməmişdir. Belə ki, Qotonun dəqiq yaşını müəyyənləşdirmək qeyri-mümkündür. Çünki onun doğum tarixi 1900-cu ildən öncəyə təsadüf edir, İndoneziyada isə məhz həmin ildən doğulanların qeydiyyatı aparılmağa başlayıb.

Lakin 2014-cü ildə aldığı şəxsiyyət vəsiqəsində Qotonun doğum tarixi 1870-ci il qeyd edilib. Onun ömrü boyu siqaret çəkdiyi bildirilir

Qotonun artıq 4 arvadı, bacı və qardaşları, övladları da dünyasınıdəyişib.

Qaynar.Az