ABŞ-da yaşayan dünyanın ən yaşlı cütlüyü olan Con və Şarlot Henderson 80-ci evlilik ildönümlərini qeyd edəcəklər.
Qaynarinfo Washington Post-a istinadən xəbər verir ki, 105 yaşlı Şarlot və 106 yaşlı Con bu xüsusiyyətlərinə görə, Ginnesin Rekordlar Kitabına düşüblər. 1934-cü ildə Texas ştatında universitetdə tanış olan və 1939-cu ildə ailə həyatı quran cütlük dünya mediasının da gündəminə düşüb.
Onlar bu ilin 22 dekabrında evliliklərinin 80 illiyini qeyd edəcəklər.
Camal