
Dünyanın ən yaşlı insanı olan indoneziyalı Sodimenco bu gün 146 yaşında dünyasını dəyişib.
"Qaynar" BBC-yə istinadən xəbər verir ki, İndoneziya rəsmi qeydiyyata 1900-cü ildən başladığı üçün Sodimenconun vəsiqəsində də doğum tarixi 1900-cü il olaraq yazılıb. Lakin təqdim etdiyi sənədlər və onunla aparılan müsahibə zamanı həqiqətən də 1870-ci ildən olduğu məlum olmuşdu. Siqaret aludəçisi olan Sodimenconun 4 həyat yoldaşı, 10 bacı-qardaşı və bütün uşaqları ondan öncə dünyasını dəyişib.
Qeyd edək ki, ötən il müsahibə verən Sodimenco uzunömürlülüyünün sirrini açıqlayaraq, bunun səbr və sevgi olduğunu bildirmişdi.

Qaynar.az