Yaponiyada yaşayan 112 yaşlı Çitetsu Vatanabe dünyanın ən yaşlı kişisi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, uzun yaşamağının sirrinin gülümsəmək olduğunu deyən Vatanabe üçün yaşadığı qocalar evində sertifikat təqdimatı mərasimi təşkil olunub.
Qeyd edək ki, bundan əvvəl dünyanın ən yaşlı kişisi ünvanının sahibi Yaponiyanın Kokkaido bölgəsində yaşayan Masako Nonako idi. O, 2019-cu ildə 113 yaşında dünyasını dəyişib.
Camal