Dünyanın ən yaşlı radio aparıcısı və Skandinaviya ölkələrinin ən yaşlı insanı isveçli Alis Östlund 111 yaşında ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə İsveç dövlət televiziyası məlumat yayıb. Onun Norveçin Trolhettan şəhərində qaldığı qocalar evində dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Östlund 2007-ci ildə 101 yaşı olarkən İsveç dövlət radiosunda aparıcı kimi işə başlayaraq, dünyanın ən yaşlı radio aparıcısı adını qazanmışdı.
O, proqramlarının birində uzunömürlülüyün sirrini belə açıqlamışdı:
"Vaxtında yemək, sağlam qidalardan ibarət yeməklər, hər zaman pozitiv olmaq və çox çalışmaq".