Berlindəki texno səhnəsi dünya miqyasında tanınmış və hətta UNESCO-nun mədəni irs siyahısına daxil edilsə də, 2024-cü ildə dünyanın ən yaxşı gecə klubları Almaniyanın paytaxtında deyil.
Qaynarinfo xəbər verir ki, Beynəlxalq Gecə Həyatı Assosiasiyasının (International Nightlife Association)ın ən son reytinqinə əsasən, siyahıya İspaniyanın İbiza adasında yerləşən "Hi Ibiza" klubu başçılıq edir. 5 min nəfərlik tutumu olan və əsasən haus, texno və elektron musiqi səsləndirilən bu məkan Avropanın əsas əyləncə mərkəzlərindən biri kimi tanınır.
Reytinqdə ikinci yeri Braziliyanın Kamboriu şəhərində yerləşən "Green Valley" klubu, üçüncü yeri isə yenə İbizada fəaliyyət göstərən "Ushuaia Ibiza" tutub.
Ümumilikdə, reytinqin ilk 10-luğuna İspaniyada yerləşən beş gecə klubu daxil olub. Almaniyanın bu siyahıda yeganə təmsilçisi olan və dördüncü yerdə qərarlaşan "Bootshaus" klubu isə Berlində deyil, Köln şəhərindədir. Berlindəki məşhur "Berghain" klubu isə yalnız 51-ci sırada yer alıb.
2024-cü ilin dünyanın ən yaxşı 10 gecə klubu:
1. "Hï Ibiza", İbiza, İspaniya
2. "Green Valley", Kamboriu, Braziliya
3. "Ushuaia Ibiza", İbiza, İspaniya
4. "Bootshaus", Köln, Almaniya
5. "Echostage", Vaşinqton, ABŞ
6. "E11even", Mayami, ABŞ
7. "Shôko Barcelona", Barselona, İspaniya
8. "DC-10", İbiza, İspaniya
9. "Opium Barcelona", Barselona, İspaniya
10. "Avant Gardner / The Brooklyn Mirage", Nyu-York, ABŞ
Aydın
Şərhlər