
Böyük Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin reytinqini - "World Reputation Ranking-2016"nı açıqlayıb. Report xəbər verir ki, siyahıya dünyanın müxtəlif guşələrindən 800 universitetin adı daxil edilib.
Ötən il olduğu kimi, birinci yeri Harvard universiteti (ABŞ) tutub. İkinci pillədə Massaçusets Texnologiya İnstitutu (ABŞ), üçüncü yerdə Stenford universiteti (ABŞ) qərarlaşıb. Siyahıda dördüncü və beşinci yerləri Böyük Britaniyanın Kembric və Oksford universitetləri tutub.
"World Reputation Ranking-2016"da Azərbaycan universitetlərindən heç birinin adı yoxdur.
Eyni zamanda reytinq siyahısına bu il Türkiyənin 11, İranın 8, Rusiyanın 13, Ukraynanın 2 və Belarusun 1 universiteti daxil edilib.
Qaynarinfo.az