Xəbər lenti

Dünyanın ən zəngin insanları - SİYAHI
Dünya18:25 01.03.2016

Dünyanın ən zəngin insanları - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts ötən il olduğu kimi dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb.
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, "Forbes" jurnalının reytinqinə əsasən B.Qeytsin sərvəti 75 milyard dollardır.
İkinci yerdə “Ортего Inditex” şirkətinin rəhbəri Amansio Orteqa (67 milyard dollar), 3-cü yerdə isə “Berkshire Hathaway” şirkətinin başçısı Uorren Baffet (60,8 milyard dollar) qərarlaşıb. 
Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, iş adamı Karlos Slim (50 milyard dollar) və Amazon.com-un baş direktoru Cozef Besos (45,2 milyard dollar) tuturlar. 
İlk onluqda “Facebook”-un təsisçisi Mart Zukerberq, “Oracle” şirkətinin təsisçisi Larri Ellison, “Bloomberg” agentliyinin sahibi Maykl Blumberqin də adı var. 
Qeyd edək ki, “Forbes”-un sonuncu reytinqində azərbaycanlı da yer alıb. “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov 8,9 milyardlıq sərvətlə Rusiya milyarderlərinin reytinq cədvəlində 9-cu yerdə qərarlaşıb.
Qaynar.info