
İnsanların qeyri-təbii səbəblərdən ölümü ilbəil artır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ölüm səbəbləri və bununla bağlı statistika maraqlı məqamları ortaya çıxarıb. ABŞ və dünyadakı bəzi məlumatları təqdim edirik:
- İldə təxminən 8 nəfər fişəng atarkən dünyasını dəyişib.
- Minnesotada hər il azı 4 nəfər üstündə gəzdiyi buz təbəqəsinin qırılması və gölə düşmələri nəticəsində ölür.
- İldə təxminən 1000 nəfər seksual zövq üçün özlərini boğur və bununla ölümlərinə səbəb olurlar.
- ABŞ-da ildə 300 nəfər polis cinayətkarın dalına düşən zaman prosesi izləyərkən və ya nəqliyyatda hərəkət edərkən ölür.
- Hər il 13 nəfər satış maşınlarının üstlərinə aşması nəticəsində dünyasını dəyişir.
- 41 nəfər televizorun üstlərinə aşması nəticəsində ölür.
- ABŞ-da hər il 20 min nəfər həddindən artıq idmanla məşğul olduğu üçün dünyasını dəyişir.
- Çox sayda insan "Grand Kanyon"u ziyarət edərkən ölür.
- 1964-cü ildən bu günə qədər 70 nəfər mindikləri isti hava balonu səbəbilə ölüb.
- İldə 3 milyondan çox insan artıq çəki səbəbilə dünyasını dəyişir.
- Hindistanda hər il 2600 nəfər bina çökməsi nəticəsində dünyasını dəyişir.
- 1990-1999-cu illərdə 11 nəfər trambolindən tullanan zaman ölüb.
- 2013-cü ildə "skydiving" adlı paraşütlə tullanma səbəbilə 24 nəfər ölüb.
- ABŞ-da hər il cəmi 5 nəfər ilan sancması nəticəsində ölür.
- Karbon monooksid zəhərlənməsi ABŞ-da hər il 430 nəfəri öldürür.
- İldə təxminən 658 nəfər günəş vurması nəticəsində həyatını itirir.
- Spirt zəhərlənməsi nəticəsində ölənlərin sayı isə 6 nəfərdir.
- 3 min nəfər çirklənmiş qidaları yediyi üçün dünyasını dəyişir.
Aclıq insanların əsas ölüm səbəblərindən biri olaraq qalır:
- Hər gün aclıq səbəbilə 21 min insan ölür.
- Hər il 13627 insan nəqliyyatdakı "Stop" yazısına məhəl qoymadığı üçün həyatını itirir.
- Şəkər xəstəliyi isə 3 milyon 4 min insanı ölümə aparır.
- Ağcaqanadlar malyariya xəstəliyi ilə ildə 1 milyon insanı öldürür.
- ABŞ-da hər il 40 min insan intihar edir.
- 2015-ci ildə İspaniyada 15 nəfər buğa qaçışı zamanı buğalar tərəfindən öldürülüb.
- 2014-cü ildə skeytborddan yıxılan 14 nəfər ölüb.
- ABŞ-da hər il 400 nəfər elektrik vurması nəticəsində dünyasını dəyişir.
Gülşən
Qaynarinfo.Az