Xəbər lenti

Dünyanın məşhur sənətçilərindən Ərdoğana sərt məktub - TAM MƏTN
Dünya07:11 25.07.2013

Dünyanın məşhur sənətçilərindən Ərdoğana sərt məktub - TAM MƏTN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qərb sənət dünyasının ən məşhur şəxsləri İngiltərənin "The Times" qəzeti vasitəsilə İstanbulun Taksim Meydanındakı aksiyaları zor gücünə dağıdan baş nazir Rəcəb Tayyib Ərdoğana tənqidi məktub ünvanlayıblar. 

Məktubu imzalayanlar arasında məşhur ssenaristlər, rejissorlar, aktyorlar, yazarlar, vəkillər, heykəltaraşlar, musiqiçilər və millət vəkilləri də var. 

Qaynar.info məktubun tam mətnini təqdim edir: 

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana

Ankara, Türkiyə. İyul 2013

Cənab Ərdoğan, 

Aşağıda imzası olanlar bu məktubu sizin polis qüvvələrinizin İstanbuldakı Taksim Meydanı və Gəzi Parkı ilə Türkiyənin digər böyük şəhərlərindəki dinc aksiyaları, Türk Təbiblər Birliyinin məlumatına görə, 5 nəfərin ölməsi, 11 nəfərin bibər qazı istifadəsinə görə, gözünü itirməsi və 8 min insanın yaralanmasına səbəb olan bir şəkildə zalımcasına dağıtmasını ən güclü şəkildə qınamaq məqsədilə yazırıq. 

Ancaq Siz taksim Meydanı və Gəzi Parkının bənzəri olmayan bir şiddətdən istifadə etməklə boşaldılmasından sonra tək günahları sizin diktatorluq hakimiyyətinizə qarşı çıxmaq olan bu 5 nəfər ölünü vecinizə almadan İstanbulda Nürnberq Məhkəməsini xatırladan bir mitinq təşkil etdiniz. Sizin həbsxanalarınızda Çin və İran həbsxanalarında saxlanılanlardan da çox jurnalist var. Bununla yanaşı aksiya iştirakçılarını çapulçu, yağmaçı və holiqan adlandırdınız, hətta onların xarici qüvvələrin idarə etdiyi terrorçular olduğunu söylədiniz. Amma bu aksiyaçılar sadəcə Türkiyənin qurucusu Kamal Atatürkün yaratdığı şəkildə dünyəvi respublika olaraq qalmasını istəyən gənclər idi. Nəticə olaraq bir yandan ölkənizi Avropa Birliyinin üzvü etməyə çalışarkən, bir yandan Türkiyənin hegemon dövlət olduğunu söyləyərək, Avropa Birliyi liderləri tərəfindən sizə qarşı bütün tənqidləri rədd edirsiniz. 

Sizə 9 avqust 1949-cu ildə imzalanmış Konvensiyaya görə Türkiyənin Avropa Şurasının üzvü olduğunu, 18 may 1954-cü ildə Avropa İnsan Haqları Konvensiyasını imzaladığını və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tanıdığını hörmətlə xatırladırıq. Bunların nəticəsində 5 günahsız gəncin ölümünə səbəb olan əmirləriniz Strasburqda məhkəmə qarşısına çıxarıla bilər.

Hörmətlə...

Qaynar.info