
G7 ölkələri Rusiyanı təhdid etdi.
Qaynarinfo.az xəbər verir ki, dünyanın qabaqda gedən yeddi sənaye ölkəsinin toplantısında Rusiyaya yeni sanksiya xəbərdarlığı edilib.
G7 ölkələrinin zirvə toplantısında Ukraynaya dair siyasətini dəyişməyəcəyi halda Rusiyaya yeni sanksiyalar tətbiq olunacağı deyilib.
Qeyd edək ki, ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7nin liderlərinin Yaponiyanın Ise-Şimea şəhərində edilən iki günlük zirvə toplantısı artıq başa çatıb.
Qaynarinfo.az