Xəbər lenti

Dünya 21:33 04.10.2025

"Duolingo"nun baş direktoru uğura aparan gözlənilməz yolu açıqladı

Dillər öyrənmək üçün nəzərdə tutulmuş onlayn platforma "Duolingo”nun baş direktoru Luis Fon An uğurlu karyera qurmaq istəyən universitet məzunlarına sadə, lakin vacib məsləhətlər verib. O, bildirib ki, uğura çatmaq üçün dünyanın ən ağıllı insanı olmaq vacib deyil – əsas olan səbr, əzm və bir qədər də bəxtdir.

Qaynarinfo xəbər verir ki, bu barədə İnc.com yazıb.

"Axmaq olmayın. Zorakılıq və kobudluqla dolu bir dünyada, mən şəxsən ümid edirəm ki, hər bir potensial işçi bu çağırışa qulaq asar", deyə Fon An məzunlara müraciətində bildirib.

"Duolingo” rəhbəri həmçinin qeyd edib ki, insan gərək çalışsın ki, bəxt onu "tapana” qədər mübarizəni davam etdirsin. O, sosial şəbəkələrdə paylaşdığı bir yazısında dostunun sözlərini xatırladıb:

"Dostumdan soruşdum ki, uğurlu şirkət qurmaq üçün nə lazımdır. O dedi: 65 faiz bəxt, 35 faiz isə təxminən iyirmi illik gərgin əmək. Mənim təcrübəm də bunu təsdiqləyir".

Məqalədə vurğulanır ki, bu fikir bir çox uğurlu sahibkarların təcrübəsinə də uyğundur. Məsələn, "Dallas Mavericks” basketbol klubunun və "Landmark Theatres” kinoteatrlar şəbəkəsinin sahibi Mark Kyuban da uğurun həyatdakı əsas amillərindən birinin bəxt olduğunu etiraf edib.

Bununla belə, Fon An hesab edir ki, bəxt təkbaşına uğuru müəyyənləşdirmir. Onun fikrincə, insanlar öz səyləri və qətiyyətləri sayəsində öz bəxtlərini yaradırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->