Xəbər lenti

Düşmən mərmisi Tovuz sakininin evini başına uçura bilər - VİDEO
Ölkə12:49 25.04.2015

Düşmən mərmisi Tovuz sakininin evini başına uçura bilər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzun Hacallı kəndində evlər ermənilər tərəfindən tez-tez atəşə tutulur.  K ənd sakini  Zina Fərhadova n ın illlər öncə tikib-qurduğu ev də bu səbəbdən təhlükəli vəziyyətdədir.
Evin hər tərəfində yaranan iri çatlar binanı uçmaq təhlükəsi ilə üz-üzə qoyub. Kənd sakini bildirir ki, bir neçə il öncə ermənilərin atdığı mərmi onun yaşadığı evin yaxınlığına düşərək həyətin torpağını göyə sovurub. Xoşbəxtlikdən güclü partlayış olmasa da, ərazidə dərin çökəklik yaranıb.
Mərmi hazırda binanın zirzəmisində qaldığından ev sahibi bundan narahatdır. 70 yaşlı Zina Fərhadova adiyyəti qurumların tezliklə mövcud problemə əlac edəcəklərinə ümidlidir.//Region TV
Qaynar.info