Şimali Koreya fəalların ölkəyə broşüra atmaları səbəbindən Cənubi Koreya ilə bütün münasibətləri kəsəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi olan KCNA məlumat yayıb. Xəbərdə qeyd olunub ki, cənubi koreyalı rəsmilərin əsassız səbəblər göstərək məsuliyyəti üzərlərindən atdıqları və ayaq altıların Şimali Koreyaya qarşı düşməncə hərəkətlərinə göz yumdu. Bunun cəriməsini ağır şəkildə ödəyəcəklər.
Qərarın Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon və Seul administrasiyasının 2010-cu ildə 50 cənubi koreyalının ölümü ilə nəticələnən iki hücumun arxasında olduğuna inandığı keçmiş kəşfiyyat idarəsinin rəhbəri Kim Yonq Çol tərəfindən verildiyi qeyd edilib.
Cənubi Koreya isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, Şimali Koreya Cənubun 2018-ci ildən bu yana fəaliyyətdə olan ortaq əlaqə ofisindən etdiyi gündəlik zəngə dünən ilk dəfə cavab verməyib. Cənubi və Şimali Koreya arasında əlaqə bürosu vasitəsilə hər gün yerli vaxtla saat 09:00 və 17:00-da iki dəfə telefon danışığı gerçəkləşdirilirdi.
Camal