Xəbər lenti

Düşmən təxribatı davam edir: Hərbi maşınımız atəşə tutuldu (FOTOLAR)
Ölkə11:06 29.07.2019

Düşmən təxribatı davam edir: Hərbi maşınımız atəşə tutuldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.  
DSX-dən Qaynarinfo-ya bildirilib ki, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub. 
Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində "Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan "UAZ” markalı avtomobilə dəyib.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.