Xəbər lenti

Düşmənin Kəlbəcər istiqamətində təxribatının qarşısı alındı
Ölkə19:02 14.08.2023

Düşmənin Kəlbəcər istiqamətində təxribatının qarşısı alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.
Qaynarinfo bu barədə Azərbaycan Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir.
"Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb", - məlumatda vurğulanıb.