Xəbər lenti

Dutertedən növbəti qalmaqallı açıqlama: "Tanrı fahişənin oğludur"
Dünya07:32 26.06.2018

Dutertedən növbəti qalmaqallı açıqlama: "Tanrı fahişənin oğludur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Filippin prezidenti Rodriqo Duterte növbəti dəfə qalmaqala imza atıb.
Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, Duterte paytaxt Maniladakı nitqi zamanı Tanrının Adəm və Həvvanı yaratmasından, onlara saflıqlarını itirəcəkləri günahları işləməyə icazə verməsindən danışıb:
"Bu axmaq Tanrı kimdir? Fahişənin oğludur".
Qeyd edək ki, Filippinin təxminən 100 milyon əhalisi var və onların 81%-i Katolik xristianlardır. 
Dutertenin dəstəkçisi olan yepiskop Arturo Bastes insanları prezidentin belə ifadələrdən istifadə etməməsi üçün dua etməyə çağırıb.
Müxalif Senator Antonia Trillanes prezidenti bu addımına görə "şeytan adam" adlandırıb. 
Gülşən