Xəbər lenti

Ekonomiks 18:47 23.10.2023

"Duty Free.Az" valyutanı xaricdən geri qaytarmayıb - MƏHKƏMƏ

Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə bağlığı ilə tanınan məşhur "Duty Free.Az" MMC məhkəməyə verilib. 

Qayanrinfo-nun əldə etdiyi məlumata görə, şirkət barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb. Bu maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İşə Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olmasına baxmayaraq, dövriyəsi milyonlarla manat olan "Duty Free.Az" MMC-nin qanuni təmsilçi Aslanov Cavid Aqil oğludur. Bu gün də şirkət növbəti dəfə reystrdən keçərək Cavid Aslanovun adına rəsimləşib. Şirkətin 2007-ci ildə adı "Dağlar-7” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->