Xəbər lenti

Dövlət Baxçalı: "Ərdoğan Türkiyə dövlətini alçaldıb"
Dünya09:48 22.10.2013

Dövlət Baxçalı: "Ərdoğan Türkiyə dövlətini alçaldıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
MHP başqanı ölkəsinin Yaxın Şərqin çirkin oyunlarına çəkildiyini bildirib

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının rəhbəri (MHP) Dövlət Baxçalı ölkəsinin Yaxın Şərqdə davam edən hadisələrlə bağlı mövqeyinə münasibət bildirib. O, qeyd edib ki, Türkiyəni Yaxın Şərqdə çirkin oyunlara çəkirlər. Partiya lideri bildirib ki, Türkiyə Yaxın Şərqdə və Suriyada siyasi qeyri-sabitliyin bir hissəsinə çevrilməməlidir.

Dövlət Baxçalı həmçinin Ərdoğan hökumətinin Türkiyə dövlətini alçaltdığını da qeyd edib. Baxçalı partiyasının qrup toplantısının gündəmdəki məsələləri dəyərləndirərkən hicab məsələsinə də toxunub. Əlavə edib ki, qadın millət vəkillərinin parlamentə hicabla gəlmələrinin əleyhinə deyillər.


Qaynar.info