DYP "İslahat.az" saytının yazarı Elşən Nəcəfova oğurluq nömrə satıb.
Qaynarinfo sfera.az-a istinadən xəbər verir ki, bu barədə Elşən Nəcəfov şəxsi "Facebook" hesabında yazıb.
Jurnalistin sözlərinə görə, hazırda onun 90-EG-987 dövlət nişanlı avtomobili cərimə meydançasındadır. Ona satılan nömrə ilə bağlı müəamalı vəziyyət hələ də qalmaqdadır. Belə ki, Elşən Nəcəfovun müraciət etdiyi qurumlardan bəziləri ona satılan nömrənin oğurluq olduğunu desələr də, bəziləri isə nömrədə heç bir problem olmadığını bildirirlər.
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.