44 günlük Vətən müharibəsində misilsiz şücaətlər göstərərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Ramiz Qasımov olub.
Qaynarinfo bildirir ki, Baku TV şəhid zabitimiz haqqında geniş reportaj hazırlayıb.
Ramiz Qasımov 27 il idi ki, Vətən üçün əlindən gələni edirdi. O, 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşlərinin iştirakçısı olub. İyul döyüşlərində düşmənin texnikasını məhv edən pilotlardan biri idi Ramiz Qasımov. Eyni zamanda, 27 sentyabrda başlayan əks-hücum əməliyyatlarında da irəli atılan ilklərdən olub.
R.Qasımov vurulmuş helikopterdən döyüş yoldaşlarını xilas etməyə də müvəffəq olub.
Onun haqqında hazırlanmış reportajı təqdim edirik:
<iframe width="690" height="420" src="https://www.youtube.com/embed/X5Tshvn8WY4" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">