Xəbər lenti

Döyüşdən qaçan polkovnik ordudan qovuldu
Dünya11:34 23.05.2016

Döyüşdən qaçan polkovnik ordudan qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“DQR”-in Ağdərədə dislokasiya olunmuş Mataqis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib.

AzVision.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təsdiq edib. 

“Mətbuatda belə bir xəbər yayılıb ki, polkovnik aprelin əvvəllərində Dağlıq Qarabağda gedən 4 günlük müharibə zamanı birdən itməsinə görə, vəzifədən azad olunub?” sualına cavabında Artsurun Ovanisyan: “Məndə olan məlumata görə, o, aprel döyüşləri zamanı məzuniyytədə olub” - deyə cavablandırıb.

“Arminfo” agentliyi bildirir ki, Arutyun Əmirxanyanın işdən çıxarılmasının səbəbi aprel döyüşləri zamanı yoxa çıxması və ancaq Rusiyanın paytaxtı Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra vəzifəsinə dönməsidir. 

Bildirilir ki, polkovnik aprel döyüşləri zamanı ayağının sınması və bu səbəbdən Xankəndidə müalicə olunması ilə əsaslandırmağa çalışsa da bu məlumat təsdiqlənməyib.

Qondarma “DQR müdafiə nazirliyi” polkovnik Əmirxanyanın aprel döyüşləri zamanı harada olduğuna və nədən işdən azad edildiyinə aydınlıq gətirməyib.

Qeyd olunub ki, erməni tərəfi aprel döyüşlərində Mataqis istiqamətində ağır itkilər verib. 

Qaynarinfo.az