
Fransanın xəbər agentliyi AFP-nin fotoqraflarından olan Mark Hutten, Kuba inqilabının liderlərindən olan Çe Gevaranın ölümündən sonra çəkdiyi fotoşəkilləri 47 il sonra yayımlayıb.
Qaynar.info xəbər verir ki, Argentina da doğulan Marksist həkim Çe Gevara, 1959-ci ildəki Kubadakı inqilabdan sonra, 9 Oktyabr 196-ci ildə Bolivyada Vallegrande şəhəri yaxınlığındakı La Higuerada ərazisində, Bolivya ordusu tərəfindən öldürülüb. 39 yaşında həyatını itirən Çe Gevaranın cansız bədəninin fotoşəkillərini çəkən kəslərdən biri olan AFP foto müxbiri Huttenın kadrları ilk dəfə ortaya çıxıb.
İspaniyada Imanol Artaqa adlı bir şəxs, Fransız müxbirin, Bolivyada yaşayan dayısı Luis Gevaraya verdiyi Çenin fotoşəkillərini mətbuatda paylaşıb.
AFP xəbər agentliyinə müsahibə verən Arteaga, "Ana və atam 1967 Noyabr ayında evlənib. Dayım Luis Gevara toy üçün İspaniyaya gələndə Çenin fotoşəkillərini gətirmişdi. Dayım öləndən sonra fotoşəkillərin harada olduğunu gəlinimizdən soruşdum. O da fotoşəkilləri gizlətdiyi yerdən çıxararaq mənə verdi" deyib.
Qaynar.info





