Xəbər lenti

Ebola təhlükəsi bitdi
Dünya08:14 21.10.2014

Ebola təhlükəsi bitdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daha bir ölkədə Ebola təhlükəsi başa çatıb. Qaynar.info xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının Nigeriya təmçilçisi Ruiz Vaz məlumat verib.

Rəsmi nümayəndə bildirib ki, Nigeriyada son 42 gündə virusa yoluxma halları qeydə alınmayıb. Bu müddət ölkədə Ebola təhlükəsinin bitdiyini deməyə əsas verir: "Nigkriya Eboladan təmizləndi. Bu uğurun göstəricisidi. Biz sadəcə bir müharibədə qalib gəldik. Bütün müharibə Qərbi Afrika virusdan təmizlənəndə bitəcək. 

Nigeriyada indiyədək Eboladan 7 nəfər vəfat edib. Ümumilikdə isə 19 nəfər virusa yoluxub. 

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı bundan əvvəl Seneqalda Ebola təhlükəsinin sona çatdığını açıqlamışdı.

Qaynar.info