Demokratik Konqo Respublikasının Şimali Kivu əyalətində ebola epidemiyası səbəbilə ölənlərin sayı 39 nəfərə çatıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlki epidemiya Ekvator əyalətində müşahidə edilmişdi. İyul ayında ölkədə yenidən aşkarlanan virusa ümumilikdə 77 nəfər yoluxub, onlardan 39-u ölüb. Səbəbi qeyri-müəyyən qalan 28 ölümün də ebola virusuna görə baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, ebola ilk dəfə 1976-cı ildə Konqoda müşahidə edilib və son illərdə Afrikada on minlərlə insanın həyatına son qoyub.
Gülşən