
Afrikada 9 000 insanın ölümünə səbəb olmuş Ebola virusunun epidemiyası sona çatmaq üzrədir.
Qaynar.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-nın məlumatına əsasən, son həftə ərzində bu xəstəliyə cəmi 99 yeni tutulma halı qeydə alınıb. Bu sayda xəstələnmə halları 2014-cü ilin iyun ayından bəri ilk dəfədir qeydə alınıb.
"Ebola virusuna cavab tədbirləri ikinci mərhələyə keçib, indi əsas diqqət virusun yayılmasının qarşısını almaqdansa, virus üzərində qələbə çalınmasına verilir", - ÜST-nın yaydığı bəyanatda bildirilir.
Yerli rəsmilərin dediyinə görə, Ebola virusundan ən çox insan itkisi vermiş Liberiyada hazırda yalnız beş nəfərin xəstəliyə tutulduğu həkimlər tərəfindən təsdiqlənib.
Qaynar.info