Xəbər lenti

ECB rəhbərindən Avropa üçün nikbin vəd
Dünya08:20 08.10.2023

ECB rəhbərindən Avropa üçün nikbin vəd

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avropa Mərkəzi Bankının (ECB) siyasəti inflyasiyanın hədəf səviyyəyə qayıtmasına imkan verəcək".
Qaynarinfo xəbər verir ki, bunu ECB-nin sədri Kristin Laqard "La Tribune Dimanche” nəşrinə müsahibəsində bildirib.
ECB rəhbərinin sözlərinə görə, onlar inflyasiyanı 2%-ə endirmək niyyətindədirlər və buna mütləq nail olacaqlar. Eyni zamanda, inflyasiya spiralından qaçmaq lazımdır. Sentyabr ayında tənzimləyici ard-arda onuncu dəfə faiz dərəcəsini rekord səviyyəyə - 4,5%-ə qaldırıb. ECB İdarə Heyəti üzvlərinin əksəriyyəti hesab edir ki, bu səviyyəni bir müddət saxlamaq inflyasiyanın hədəfə qaytarılması üçün kifayətdir.
Laqardın sözlərinə görə, ECB-nin əsas faiz dərəcələri kifayət qədər uzun müddət saxlanılarsa, inflyasiyanın mümkün qədər tez hədəfə qaytarılmasına kömək edəcək səviyyələrə çatıb.
Tənzimləyicinin sərt siyasəti bu il güclə böyüyən iqtisadiyyata mənfi təsir göstərib. Bununla belə, Laqard qeyd edib ki, məqsəd tənəzzül yaratmaq deyil. O, Almaniya iqtisadiyyatının tənəzzülünə baxmayaraq, yaxın müddətli artım perspektivləri ilə bağlı nikbinliyini ifadə edib.
ECB rəhbəri bildirib ki, inflyasiya davam edir, lakin yavaşlayır və iqtisadi artım zəifləyir. Onun sözlərinə görə, buna görə də BVF ABŞ istisna olmaqla, bütün dünya üzrə proqnozlarını aşağı salıb.
Aydın