Xəbər lenti

Çeçen silahlıları Krıma yerləşdirildi
Dünya11:45 18.06.2014

Çeçen silahlıları Krıma yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Krımda rus hərbi texnikası və çeçen silahlılarının artımı müşahidə olunur. 

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin rəhbəri Vladimir Çepovoy məlumat verib. 

“Son vaxtlar Krım Muxtar Respublikasında hərbi texnika və infrastrukturun artımı müşahidə olunur. Tez-tez Rusiyadan yarımada ərazisinə Kerç boğazı vasitəsilə külli miqdarda hərbi texnika, o cümlədən tank, zirehli transportyor daşınır”, - deyə Çepovoy bildirib. 

Mətbuat xidmətinin sözlərinə görə, Krım ərazisində çeçen silahlılarının artımı müşahidə olunur: “Dəqiq məlumata görə, silahlılar “Vostok” batalyonunun döyüşçüləridir. Hər bölükdə 60 nəfər döyüşçü yer alır. Onlar Cankoedəki hərbi-nəqliyyat aviasiyasının aerodromuna yerləşdirilirlər”. 

Qaynar.info