Çeçenistanın Dattıx kəndinin yaxınlığındakı meşə massivində quraşdırılmamış partlayıcı maddənin partlaması nəticəsində Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinin iki hərbiçisi həlak olub.
Anspress-in "İnterfax.ru"ya istiunadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla 16:00 radələrində, XTMD-nin ərazidə çeçen silahlı qruplaşmalarına qarşı əməliyyat həyata keçirdiyi vaxtda baş verib.
Məlumata görə, əməkdaşlardan biri hadisə yerində, digəri isə götürüldüyü xəstəxanada həlak olub.