
Suriya və İraqda ələ keçirdiyi torpaqlarda xilafət yaradan İŞİD-in Kobaniyə qarşı əməliyyatlarına rəhbərlik edən gürcü Əbu Ömər əl-Şişani uzun müdətdi dünya mediasının gündəmindən düşmür. Onunla bağlı çıxan xəbərlərdən biri isə həyat yoldaşı ilə bağlıdı. Əbu Ömərin çeçen həyat yoldaşı Seda Dudurkayevanın bu günə mətbuata çıxmayan film kimi həyat hekayəsi var.
Çeçenistan lideri Ramazan Kadırov hökumətində yer alan nazir Asu Dudurkayevin qızı vətənində lüks həyat yaşasa da, çox keçmədən radikallaşmağa başlayıb. Seda internetdə Suriyada cihadçılara qoşulmağa gedən gürcü Hamzatla münasibət qurub. Hamzat isə Əbu Ömərin sağ əli olub. Gürücüstanda eyni şəhərdə böyüyən və qonşu olan cütlük Suriyada da bərabər döyüşüb.
Hamzat yaralananda Seda onun yanına getməyə qərar verib. Türkiyədəki vasitəçilərin köməyindən yararlanan "Çeçenistanın şahzadəsi" adlandırılan gənc qadın geri qayıtmaq imtəməyib və Hamzatla evlənib.
Onun İŞİD-ə qoşulması ortaya çıxdıqdan sonra Ramazan Kadırov atasını "fakantik qızına nəzarət edə bilmədiyi üçün" qovub. Çeçenistan lideri Sedanın geri qaytarılmasını ölkənin şərəf məsələi elan edib.
Bu zaman Hamzatın anası Leyla Açişvili oğlu ilə "Skype" vasitəsi ilə danışıb və Suriyada onu ziyarət etmək üçün icazə alıb. Çeçen polisi isə Açişvili ilə əlaqə yaradaraq ondan Sedanı qaytarmağı istəyib.
Leyla Açişvili "Daily Beast" saytına açıqlamasında Hamzat və Sedanın olduqca yoxsul həyat yaşadığını, lakin Çeçenistanda şahzadələr kimi yaşamış qızın buna görə narahat olmadığını deyib. Hamzatın anası bildirib ki, oğlu və qız birbirilərini çox sevirlər. Açişvili Sedaya ailəsinin onu geri çağırdığını desə də, qız Suriyada özünü azad hiss etdiyini deyərək geri qayıtmayıb.
Leyla Açişvili Suriyadan Gürcüstana döndükdən 4 gün sonra Hamzatın ölüm xəbəri gəlib. O, öldükdən sonra Seda ailəsinin yanına dönməyə qərar verib. Lakin Əbu Ömər buna icazə verməyib və bir şəhidin arvadını yalnız buraxmayacağını deyərən onunla evlənib.
Əbu Ömərin Hamzatı qəsdən öldürtdüyü deyilir. İddialara görə, İŞİD liderinin yaxın adamının arvadında gözü var imiş. Hamzatın maşını döyüşdən qayıdarkən təhlükəsiz ərazidə partlayıb. Bu da onun qəsdən öldürülməsi iddialarını gücləndirir.
Qaynar.info