ABŞ-da heç bir günahı olmadan 39 il əvvəl həbs olunan Rikki Cekson azadlığa buraxılıb. Qaynar.info xəbər verir ki, onun günahsız olması uzun illərdən sonra sübut olunub.
Rikki Ceksonun 1975-ci ildə mindiyi avtobusda bir nəfər öldürülüb. Həmin vaxt 12 yaşı olan Edvard Vernon cinayətin yeganə şahidi olub. Uşaq bildirib ki, cinayəti Rikki Cekson və iki qardaşı törədib Məhkəmə onu edama məhkum etsə də, sonradan cəzası ömürlük həbslə əvəz olunmuşdu.
İndi 51 yaşında olan Edvard Vernon 39 il sonra cinayəti görmədiyini, polisin ailəsini öldürməklə hədələdiyi üçün belə bir ifadə verdiyini açıqlayıb. Rikki Cekson azadlığa buraxıldığı məhkəmədə "artıq bitti" deyə qışqırıb.
Qaynar.info




