Xəbər lenti

Ədalət: “ “Bağdat” mahnısını ilk mən oxumuşam” - VİDEO
Maqazin08:18 31.05.2016

Ədalət: “ “Bağdat” mahnısını ilk mən oxumuşam” - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə Beyaz Şou  verilişində Ayla Çelikin ifasında səslənən “Bağdat” mahnısı çox qısa zamanda həm Türkiyə həm də Azərbaycanda xeyli dinləyici qazanmağı bacardı. Hətta bugün türkiyəli dinləyicilər mahnının Türkiyədən çox Azərbaycanda səsləndiyini deyir. Azərbaycanda isə bu mahnını oxumayan müğənni qalmadı. 

Qaynarinfo.az xəbər verir ki,  Ədalət Şükürov sözü gedən mahnını hamıdan öncə oxuduğunu iddia edir:  

“Bu mahnını Azərbaycanda mən dəbə saldım. Məndən öncə kimsə oxumamışdı. Hətta girib videolarımın yüklənmə tarixinə də baxa bilərsiniz. Aylanın ifasında eşitdim çox bəyəndim. Sonra mən studiyaların birində oxudum. Amma mən sözlərdə bir balaca dəyişiklik edib, Bağdadı yox, Bakını iki gözüm kapalı bula bilirim dedim.  Düşündüm ki, bir balaca fərqli olsa, daha yaxşı olar”.

Qaynarinfo.az