Xəbər lenti

Edam ediləcək azərbaycanlı iş adamından YENİ XƏBƏR
Dünya10:15 08.03.2016

Edam ediləcək azərbaycanlı iş adamından YENİ XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranlı iş adamı Babək Zəncaninin İran Milli Neft Şirkətinə (NİOC) 2,6 mlrd. avro borcu tərəfdaşların ödənişləri gecikdirməsi səbəbindən 3 mlrd. avroya çatıb.
Qaynar.info Report-a istinadən xəbər verir ki, bunu barəsində edam hökmü çıxarılan B.Zəncani vəkili Rəsul Kuhpeyzadəyə deyib. Məlumata görə, o, İnqilab Məhkəməsinin qərarından ölkənin Ali Məhkəməsinə şikayət edəcək.
Qeyd edək ki, martın 6-da İran İnqilab Məhkəməsi əvvəllər neft satışı ilə bağlı korrupsiya ittihami üzrə həbs olunan yerli iş adamı B.Zəncanini asılma yolu ilə ölüm hökmünə məhkum edib. Məlumata görə, o, neft satışı ilə ölkəyə qarşı sanksiyalar tətbiq edilən zaman məşğul olub. Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin "israf edilməsi"ndə təqsirli bilinir.
Qaynar.info