
AMEA Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycandakı ədəbi proseslərin ötən ilə aid yekunlarıyla bağlı yaradıcılıq müşavirəsi keçirəcək.
Bu barədə Qaynar.info-ya İnstitutun mətbuat xidmətindən məlumat verilib. “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda keçirilən müşavirə aprelin 2-də AMEA-nın kiçik akt zalında baş tutacaq. Yaradıcılıq müşavirəsi zamanı istər nəsr, istər poeziya, istərsə də dramaturgiya baxımından ötən il Azərbaycanda baş verən dəbi yeniliklərdən söz açılacaq, elm adamları diqqətlərini cəlb edən əsərlər və müəlliflər haqqında danışacaqlar. Müşavirə zamanı gənc müəlliflərin də əsərlərinə toxunulacaq.
Tədbirdə bədii tərcümə sahəsində də son vəziyyət müzakirə predmet olacaq.
Yaradıcılıq müşavirəsində, AMEA-nın 1-ci vitse-prezidenti, akademik İsa Həbibbəyli, f.ü.f.d Rahid Ulusel, filologiya elmləri doktoru Vaqif Yusifli, f.e.d Səlidə Şərifova, professor Aydın Dadaşov, Elçin Mehrəliyev, f.ü.f.d Nikpur Cabbarlı, f.üf.d Elnarə Akimova, f.üf.d Fidan Abdurrəhmanova çıxış edəcək, öz müşahidə və mülahizələrini müşavirə iştirakçıları ilə bölüşəcəklər.
Qaynar.info