Xəbər lenti

Eduard Şevardnadze vəfat etdi - 86 yaşında!
Dünya09:56 07.07.2014

Eduard Şevardnadze vəfat etdi - 86 yaşında!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın sabiq prezidenti, SSRİ-nin sabiq xarici işlər naziri Eduard Şvarnadze bu gün yerli vaxtla saat 12 radələrində Tblisidə 86 yaşında vəfat edib.
Qaynar.info-nun Gürcüstan mediasına istinadən xəbər verir ki, informasiyanı Şvernadzenin ailə üzvləri də təsdiqləyib.

Eduard Şevardnadze 25 yanvar 1928-ci ildə Gürcüstan SSRİ-nin Mamati rayonunun Lançxutskoqosu kəndində dünyaya gəlib. O həm gürcü, həm də sovet siyasisi olub. 1965-dən 1968-ci ilə qədər Gürcütan SSR-nin ictimai asayişinin mühafizəsi naziri vəzifəsi tutub. 1968-dən 1972-ci ilə qədər Gürcüstan SSR-nin daxili işlər naziri, 1972-dən 1985 –ci ilə qədər Gürcüstanın MK-ının birinci katibi olub.

1985-ci ildən SSRİ-in xarici işlər naziri təyin edilib və 1995-də Gürcüstan prezidenti seçilib.  2003-cü ildə o "Məxməri İnqilabına" görə istefaya getməyə məcbur olub.

Eduard Şevernadze Sosializm Əməyi Qəhrəmanı və daxili xidmətin general-mayoru idi. Həmçinin beş Leninin ordeni ilə təltif edilib.

Qaynar.info