Xəbər lenti

Video 16:07 06.01.2024

"ƏDV geri al"dan istifadə ilə bağlı vacib xəbər (VİDEO)

Məhsul alarkən həm də ƏDV-sindən yararlana bilirik. Bəzən isə aldığımız malı qaytarmaq və ya dəyişmək istəyirik. Bəs ƏDV geri aldan istifadə olunduğu halda məhsulu geri qaytarmaq və dəyişmək mümkündürmü? Bu zaman ƏDV də geri qayıdırmı?

Vəkil Kamandar Hüseynov deyir ki, məhsulun ƏDV-sindən istifadə etsək belə həmin malı dəyişə və ya qaytara bilərik.

Kamandar Hüseynov bildirir ki, ödənilmiş statusuna keçibsə, ƏDV məbləğini sistem üzərindən qaytarmaq mümkün deyil. Bu zaman malın qiymətindən istifadə edilən ƏDV çıxılmalıdır. Vəkilin sözlərinə görə, daha çox mübahisə halları məhsulun dəyişdirilməsi zamanı olur.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->