Ekonomiks 15:31 23.11.2022

“ƏDV geri al” kampaniyasında dəyişiklik: faiz 17,5-20-yə qaldırıla bilər

"Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur. Təqdim edilən dəyişikliklər dünən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında ikinci oxunuşda müzakirə olundu”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Vergi Məcəlləsi"nə təklif edilən dəyişikliklərə əsasən gələn ildən ƏDV-ni geri al qaydalarının dəyişdirilməsindən danışarkən deyib. Deputat dəyişikliklərin qeyri-nağd ödənişlərinin stimullaşdırılması baxımdan vacib olduğunu xatırladıb:

"ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılması məqsədi daşıyır. Bu, iqtisadiyyatın ağardılması islahatlarının dərinləşdirilməs baxımdan vacib idi”.

Vüqar Bayramov müzakirələr zamanı nağdsız əməliyyatlara görə qaytarılan ƏDV-nin 15 faizdən 17,5 faizə deyil, 20.0 faizə atırılması təklifini irəli sürüb:

"Nağdlı ödənişlər üzrə 5.0 faiz bənd azalmanın olduğunu nəzərə alsaq, nağdsız ödənişlər üzrə oxşar həcmdə artım məqsədəuyğun olardı. Bu plastik kartlardan istifadəyə marağı daha da artırardı. Bütövlükdə, "Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və dəyişikliklər real sektorun yeni güzəştlərdən faydalanmasına imkan yaradacaq”.

Bahar