Xəbər lenti

Efiopiyada 34 nəfər qətlə yetirildi
Dünya16:19 15.11.2020

Efiopiyada 34 nəfər qətlə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Efiopiyada naməlum şəxslər avtobusa silahlı hücum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə France-Press agentliyi Efiopiya İnsan hüquqları komissiyasına istinadla məlumat yayıb.
Bildirilir ki, hadisə ötən gecə ölkənin qərbində - Benişanqul/Qumuz ştatında baş verib. Sudanla həmsərhəd olan bu ştatın hazırda hərbi əməliyyatlar gedən Tıqray muxtar bölgəsi ilə sərhədi yoxdur.
"Son məlumata görə, öldürülənlərin sayı hazırda 34 nəfərə çatır, lakin bu rəqəm arta bilər”, deyə Efiopiya İnsan hüquqları komissiyasının nümayəndəsi bildirib.