Xəbər lenti

Əfqanıstan prezidenti Azərbaycana gəldi (FOTO)
Ölkə15:19 30.11.2017

Əfqanıstan prezidenti Azərbaycana gəldi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani noyabrın 30-da Azərbaycana işgüzar səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Əfqanıstan Prezidentini hava limanında Azərbaycan maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.